Azərbaycanda ata evdən gedən qızını öldürdü - Təfərrüat

KRİMİNAL bölməsi

17:01 - 7 Sentyabr 2022

 Azərbaycanda ata evdən gedən qızını öldürdü - Təfərrüat

16:36

Abşeronda qətl hadisəsi olub.

Yenipress.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Ağsu rayon sakini 33 yaşlı Aybəniz Abdullayeva atası Nazim Əliyev tərəfindən qətlə yetirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Abdullayeva sentyabrın 2-də Ağsuda yaşadığı evdən çıxaraq itkin düşübmüş.

***

Abşeron rayonunda qadının qətli ilə bağlı yeni təfərrüat məlum olub.

Report-un məlumatına görə, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayev sentyabrın 2-də Ağsu rayonundan, ərinə məxsus evdən qaçaraq Abşeron rayonunda tanıdığı şəxsin evində qalıb.

Daha sonra onun atası Nazim Əliyev qızını axtarmağa başlayıb. Bu gün səhər saatlarında ata qızının yaşadığı evi taparaq onu öldürüb.

Məlumata görə, A.Abdullayevin bir azyaşlı övladı var.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər xətti


Digər xəbərlər