Zaqatalada keçmiş məhkum həmkəndliləri tərəfindən döyüldü

KRİMİNAL bölməsi

10:56 - 18 Avqust 2022

 Zaqatalada keçmiş məhkum həmkəndliləri tərəfindən döyüldü

Zaqatala sakini həmkəndliləri tərəfindən döyülüb.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, gecə saat 04 radələrində rayonun Çobankol kənd sakini, 1994-cü il təvəllüdlü Ramazan Tahir oğlu Bədəlov bədənin müxtəlif nahiyələrinin küt travması xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilən R.Bədəlovun həmkəndliləri tərəfindən döyüldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, döyülən R.Bədəlov 2020-ci ilin iyul ayında həmkəndlisi Fariz Kərimovla əlbir olaraq başqa bir həmkəndlisinin evindən oğruluq edib və daha sonra iz itirmək üçün həmin evi yandırıb. Buna görə saxlanılan R. Bədəlov 6 ay əvvəl həbsdən çıxıb. Fariz Kərimov isə hələ həbsdədir.

Xəbər xətti


Digər xəbərlər