Bakıda təcili yardım maşını qəzaya düşdü: Həkim xəstəxanalıq oldu

KRİMİNAL bölməsi

10:02 - 18 Avqust 2022

 Bakıda təcili yardım maşını qəzaya düşdü: Həkim xəstəxanalıq oldu

Bakının Nəsim rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, hadisə Süleyman Rəhimovla Rəşid Behbudov küçələrinin kəsişməsində baş verib.

Belə ki, dövlət qeydiyyat nişanı olmadan “Khazar” markalı avtomobili idarə edən sürücü işıqforun qırmızı işığında hərəkət edib.

Bu zaman minik avtomobili kəsişən yolla hərəkət edən təcili tibbi yardım maşını ilə toqquşub.

Nəticədə təcili tibbi yardım avtomobilində olan həkim xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Xəbər xətti


Digər xəbərlər