Türk mətbuatında məşhur müğənni Bülənt Ərsoyun özü üçün hazırlatdırdığı məzarın görüntüləri yayılıb.
Yenipress.az xəbər verir ki, sənətçi Zincirlikuyu ərazisində 3 nəfərlik məzarı özü üçün ayırdıb.
Məlumatlara görə, fanatları onu narahat etməsin deyə qəbir dərin qazılacaq. Onun cəsədi yerin altına şifrəli liftlə endiriləcək.
Bülənt Ərsoyun sözügedən məzarı üçün 1,5 milyon lirə (təxminən 147 min 300 AZN) xərclənəcək.