Sümük ağrılarınız varsa, çoxlu turşu yeyin - Kalsiumla zəngindir

SAĞLIQ bölməsi

11:39 - 29 Yanvar 2022

 Sümük ağrılarınız varsa, çoxlu turşu yeyin - Kalsiumla zəngindir

Qış aylarında ən sevimli ərzaqlardan biri də turşulardır. Mütəxəssislər az miqdarda yeyildikdə turşunun faydalı olduğunu bildirilər.

Yenipress.az xəbər verir ki, qida mütəxəssisi Məhsəti Hüseynovanın dediyinə görə, onu mütləq qida ilə birlikdə yemək lazımdır:

“Turşuların tərkibi həddindən artıq lifli qidalarla zəngindir. Onun qidalanma zamanı istifadə olunması ilk növbədə bağırsaqların funksiyasını yaxşılaşdırır, həzm prosesini gücləndirir və maddələr mübadiləsini yüngülləşdirir”.

Turşu alarkən diqqətli olmaq lazımdır. Mütəxəssis qeyd edir ki, onun qablaşdırılmış şəkildə alınması daha məqsədəuyğundur:

“Harada və necə hazırlandığı bilinməyən turşular təhlükə mənbəyi ola bilər. Bəzən onun saxlanılma şərtlərinə düzgün əməl edilmir və hətta plastik qablarda saxlanılır. Bu, çox zərərlidir”.

Turşuların nə qədər zərərli olduğu iddia olunsa da, onun tərkibi bir sıra vitaminlərlə zəngindir:

“Kalsiumla zəngin olduğu üçün turşular sümük ağrıları zamanı çox faydalıdır. Bir çox hallarda idmançılara, xüsusilə ağır atletika ilə məşğul olanlara oynaqların daha yaxşı inkişaf etməsi üçün turşu suyu içilməsi məsləhət görürlər. Kələm və zeytun turşusu daha çox xeyirlidir. Qış mövsümündə meyvə-tərəvəz az qəbul edildiyi üçün kələm turşusundan kifayət qədər C vitamini almaq olar. Zeytun turşusunun da qida dəyəri çox yüksəkdir, gündəlik istifadəsi çox faydalıdır”, - deyə M.Hüseynova bildirib.

Turşular şüşə qablarda saxlanılmalı, ağzı hava keçirməyən qapaqla bağlanılmalıdır. Onun hazırlanması üçün istifadə olunan tərəvəzlər qətiyyən əzik və çürük olmamalı, daha faydalı olması üçün qarışıq deyil, bir çeşiddə hazırlanmalıdır.

Xəbər xətti


Digər xəbərlər