Daha bir tələbə öldü

TOPLUM bölməsi

11:06 - 20 İyul 2022

 Daha bir tələbə öldü

Azərbaycanda daha bir gənc onkoloji xəstəliyə məğlub olub.

Yenipress.az xəbər verir ki, ADA Universitetinin İqtisadiyyat üzrə bakalavr proqramının məzunu Fərhad Abbaslı vəfat edib. Onun uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

F.Abbaslı müxtəlif yerli və xarici şirkətlərdə nəzarətçi, audit mütəxəssisi kimi çalışıb.

Xatırladaq ki, bir neçə gün əvvəl BDU-nun 2-ci kurs tələbəsi Azər Məmmədzadə də xərçəng xəstəliyindən dünyasını dəyişmişdi.

Xəbər xətti