Omikronu ayaqüstə keçirdi və artıq şübhələnirəm – Lukaşenko

SAĞLIQ bölməsi

13:49 - 20 Yanvar 2022

 Omikronu ayaqüstə keçirdi və artıq şübhələnirəm – Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko COVİD-19 virusunun Omikron ştammına yoluxduğunu bildirib.

Yenipress.az xəbər verir ki, bu barədə Lukaşenko Tuva respublikasının rəhbəri Vladislav Xovalıqla görüşündə deyib.

O bildirib ki, Omikronun tamamilə fərqli virus olduğu müşahidə edilir:

“Artıq şübhələnirəm ki, bəlkə biz adi qripə yoluxmuşuq? Bunu ikinci dəfə koronavirusa - bu dəfə Omikrona - yoluxan şəxs kimi deyirəm. O, pnevmaniyaya səbəb olmur. Məsələn, mən onu ayaqüstə keçirdim. Və yalnız bundan xəstəliyin sonunda, test edilərkən xəbər tutdum”.

Qeyd edək ki, Lukaşenko 2020-ci ilin iyulunda da koronavirusu simptomsuz keçirdiyini bildirmişdi.

Xəbər xətti