Azərbaycanda qapalı məkanlarda tibbi maska tələbi ləğv oluna bilər - Video

SAĞLIQ bölməsi

14:38 - 30 Mart 2022

 Azərbaycanda qapalı məkanlarda tibbi maska tələbi ləğv oluna bilər - Video

Milli Məclisdə qapalı məkanlarda tibbi maskadan istifadənin ləğvi müzakirə olunur.

Yenipress.az xəbər verir ki, bu barədə Baku TV-yə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat son zamanlar ölkədə epidemioloji vəziyyətin nəzarətdə olmasının qapalı məkanlarda maskadan istifadə ilə bağlı tələbin aradan qaldırılmasına zəmin yaratdığını qeyd edib.

“Proqnozlar və hesablamalar, eləcə də gələcək risklər də nəzərə alınaraq məsələ ilə bağlı müzakirələr aparılır. Yaxında müzakirələrin nəticəsi bəlli olacaq”, - deyə o əlavə edib.

Ətraflı süjetdə:

Xəbər xətti