Səhər xaş yemək orqanizmə birbaşa ziyandır - Həkim

SAĞLIQ bölməsi

16:35 - 16 Mart 2022

 Səhər xaş yemək orqanizmə birbaşa ziyandır - Həkim

Evdə 3-4 litr su içmək də düzgün deyil. Hər kəs eyni dərəcədə su, qida qəbul edə bilməz.

Yenipress.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev deyib. O bildirib ki, səhər xaş yemək orqanizmə birbaşa ziyandır:

“Biz faydalı və balanslı şəkildə qidalanmanı tövsiyə edirik. Suyun da, qidanın da orqanizmin tələbindən artıq qəbulu ziyandır. Ürək çatışmazlığından əziyyət çəkən insanlar var ki, gün ərzində 3-4 litr su qəbul edir və ürəyin ağırlaşmış vəziyyətində həkimə müraciət edir.

Kişilərdə ortalama 2 min kalori qəbulu olur. Lakin bunu da metobolizm sürəti tənzimləyir. Bu da standart ola bilməz - orqanizm individualdır. Odur ki, insanlar bütün qidaları zəruri miqdarda və düzgün şəkildə istehlak etməlidirlər ki, orqanizm metobolizm sürətinə müvafiq olsun”.

Xəbər xətti