Argentina terrora görə iranlı nazirin həbsini istədi

DÜNYA bölməsi

14:34 - 24 Aprel 2024

 Argentina terrora görə iranlı nazirin həbsini istədi

Argentina hökuməti 1994-cü ildə Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzində törədilən terror aktında İranın daxili işlər naziri Əhməd Vahidinin məsuliyyət daşıdığını bildirərək, onun həbsini tələb edir.

Yenipress.az xəbər verir ki, bu barədə Agentinanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Argentina 1994-cü ildə Yəhudi Mədəniyyət Mərkəzində (AMİA) 85 nəfərin ölümünə səbəb olan hücuma görə məsuliyyət daşıyanların beynəlxalq həbsini tələb edir, onlar isə tam cəzasız olaraq rəhbər vəzifələrini tutmaqda davam edirlər. Onlardan biri də axtarışda olan Əhməd Vahididir”, - məlumatda bildirilib.

Qeyd edilir ki, 18 iyun 1994-cü ildə Argentinanın paytaxtında İrana bağlı terrorçular Yəhudilərin Yardımlaşma Mərkəzi binasına bomba qoyaraq 85 yəhudinin ölümünə, 300-dən çox yəhudinin yaralanmasına səbəb olublar. AMİA-ya hücumun səbəbkarlarından biri olan Ə.Vahidi isə hazırda İran İslam Respublikasının daxili işlər naziri olmaqla yanaşı, həm də Pakistan və Şri-Lankada səfərdə olan hökumət nümayəndə heyətinin üzvüdür. Argentina Pakistan və Şri-Lanka hökumətlərindən onun İnterpolun təklif etdiyi mexanizmlərə uyğun olaraq həbsini xahiş edib.

Xəbər xətti