Prezident nəhayət elan etdi: Quru sərhədləri bağlı qalmasının əsl səbəbi...

GÜNDƏM bölməsi

11:51 - 24 Aprel 2024

 Prezident nəhayət elan etdi: Quru sərhədləri bağlı qalmasının əsl səbəbi...

Prezident nəhayət elan etdi ki, quru sərhədlərin bağlı qalmasının "pandemiya" ilə əlaqəsi yoxdur, amma "təhlükəsizliklə" əlaqəsini izah etmədi.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

"Azərbaycan kifayət qədər güclü ölkədir, məncə, öz təhlükəsizliyini açıq sərhəd rejimində də qoruya bilər. Quru sərhədlər "kanvansaray" deyil, ordan keçərkən də ciddi yoxlamalar olur, yük və sənədlər yoxlanılır, hava limanı ilə eyni prosedurdur, ona görə də, bu arqument suallar doğurur. Məmləkətimiz qonşulardan güclüdür, elə deyil?! Necə ola bilər ki, onlar açıq sərhədlərlə öz təhlükəsizliyini qoruya bilir, amma biz yox?! Bu suallara da cavab tapılmalıdır..."

Xəbər xətti