Qazimiz Türkiyədə faciəvi şəkildə öldü - Foto

TOPLUM bölməsi

10:28 - 24 Aprel 2024

 Qazimiz Türkiyədə faciəvi şəkildə öldü - Foto

Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib.

Yenipress.az Trend-ə istinadən xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxan avtomobil qəzasında ölüb.

Mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.

Qeyd edək ki, Vətən müharibəsi qazisi Orxan Mürtəzov müharibədə iştirakına görə bir neçə medalla təltif edilib. Ailəli olub, iki azyaşlı qız övladı var.

Xəbər xətti