Erməni əsilli fransız jurnalist Leo Nikolyan Ermənistana buraxılmayıb.
Yenipress.az xəbər verir ki, bu barədə Nikolyan İrəvanın Zvartnots hava limanında videomüraciətində məlumat verib.
Nikolyanın sözlərinə görə, pasport nəzarətindən keçən zaman bildiriblər ki, onun Ermənistana girişinə qadağa qoyulub:
“Qadağanın səbəbi barədə məlumat verilmir. Mən birinci Qarabağ müharibəsində iştirak etmişəm və yaralanmışam. Uzun müddət Ermənistanda yaşamışam. Məni təyyarəyə minib geri qayıtmağım üçün nə qədər razı salsalar da, buradan ayrılmayacağam”.