ABŞ Konqresi, görün, Azərbaycanda kimlərə sanksiya tətbiq etmək istəyir?

GÜNDƏM bölməsi

22:54 - 22 Aprel 2024

 ABŞ Konqresi, görün, Azərbaycanda kimlərə sanksiya tətbiq etmək istəyir?

Xəbər verildiyi kimi, Dina Tiinus başda olmaqla, bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır.

Yenipress.az xəbər verir ki, bəhanə kimi "Azərbaycanda hökumətin müxalifətə qarşı sərt repressiyaları və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıq" göstərilir.

Müəlliflər qeyd edirlər ki, 6 mart 2024-cü il tarixində Azərbaycan hakimiyyəti Azərbaycanda müstəqil KİV-lərin davam edən təqibi çərçivəsində Bakıda altı jurnalisti saxlayıb və onlara qarşı əsassız qaçaqmalçılıq ittihamı irəli sürüb.

Qanun layihəsində həmçinin erməni əsirlərin hüquqlarının pozulduğu deyilir. Bu, "Azərbaycan hökumətinin insan hüquqlarına sadiqliyi və ədalətli və möhkəm sülh haqqında danışıqlar aparmaq qabiliyyətini ciddi sual altına qoyur", - deyə sənəddə bildirilir.

Buna baxmayaraq, sanksiya tətbiqi təklif edilənlərin siyahısına xüsusilə MN və DTX-nin nüfuzlu şəxslərinin, o cümlədən İkinci Qarabağ savaşında qəhrəmanlıqlar göstərənlərin adının salınması təsdiqləyir ki, məqsəd ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı hansısa formada cəzalandırmaq, erməni lobbisinin maraqlarına xidmətdir.

Sanksiya təklif edilən siyahını təqdim edirik:  

1. General-leytenant Hikmət Mirzəyev - Müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı;

2. Polkovnik - leytenant Elgün Əliyev - Hərbi Polis İdarəsinin rəisi ;

3. Polkovnik Elşən Salayev - N saylı   komando briqadasının komandiri;

4. General -leytenant Ənvər Əfəndiyev - Quru Qoşunlarının keçmiş komandanı;

5. General-leytenant Ceyhun Həsənov - Ədliyyə nazirinin keçmiş müavini, Penitensiar Xidmətin sabiq rəisi;

6. General-polkovnik Əli Nağıyev - Dövlət Təhlükəsizlik Xidmətinin rəisi;

7. Samir Nuriyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri;

8. Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi;

9. Orxan Səmədov - Azərbaycan Respublikası Baş Prokurorluğu;

10. Vüqar Quliyev - AR Baş Prokurorluğu;

11. Ziya Mənsurov - AR Baş Prokurorluğu;

12.Pərviz Mirhəşimov - AR Baş Prokurorluğu;

13.Babaxan Həsənəliyev - AR Baş Prokurorluğu;

14. Həmzə Eldar oğlu - AR Baş Prokurorluğu;

15. Ələkbərov Valeh Həsən oğlu - AR Baş Prokurorluğu;

16. Faiq Qəniyev - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;

17. Mirzə Xankişiyev - Bakı ACM-nin hakimi;

18. İlham Mahmudov - Bakı ACM-nin hakimi;

19.Eldar İsmayılov - Bakı ACM-nin hakimi;

20. Cavid Hüseynov - Bakı ACM-nin hakimi;

21.Samir Əliyev - Bakı ACM-nin hakimi;

22. Azad Məcidov - Bakı ACM-nin hakimi;

23.Zeynal Ağayev - Bakı ACM-nin hakimi;

24.Səbuhi Hüseynov - Bakı ACM-nin hakimi;

25. Əfqan Hacıyev - Bakı ACM-nin hakimi;

26. Telman Hüseynov - Bakı ACM-nin hakimi;

27. Əli Məmmədov - Bakı ACM-nin hakimi;

28. Vüsal Qurbanov - Nərimanov rayonu Məhkəməsinin hakimi;

29. Hafiz Kamranov - Nərimanov rayonu Məhkəməsinin hakimi;

30. Yusif Yusifov - DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin baş müstəntiqi;

31. Abbasov Mirzəli Əbdüləli oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

32. General-mayor Əbülfət Rzayev - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi;

33. Məmmədov Elçin - AR Baş Prokurorunun 1-ci müavini;

34.Leytenant Fuad Rafael oğlu Nəbiyev - AR Müdafiə Nazirliyi;

35. General-polkovnik Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi;

36. General-leytenant İlham Mehdiyev - DSX rəisinin müavini;

37. General - mayor Vüsal Sultanov - DSX Çevik Hərəkət Qüvvələrinin I komandan müavini və Qərargah rəisi;

38. General-leytenant Azad Ələkbərov - DSX rəisinin keçmiş müavini;

39. General-leytenant İsmayıl Əkbərov - DSX rəisinin keçmiş müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi;

40. General-mayor Ramin Bağırov - DSX, Vətən müharibəsinin komandanlarından biri.

Xəbər xətti