Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan 1993-cü il təvəllüdlü Vaqif Tahir oğlu Süleymanlının meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Yenipress.az-a FHN-dən bildirilib.
Qeyd edilib ki, 2018-ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlının axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.