Ukrayna PUA-sı min km uçub Tatarıstanda “Şahid” zavodunu vurdu

DÜNYA bölməsi

12:12 - 2 Aprel 2024

 Ukrayna PUA-sı min km uçub Tatarıstanda “Şahid” zavodunu vurdu

Ukrayna ordusu PUA-lar ilə Tatarıstanın “Alabuqa” xüsusi iqtisadi zonasına hücum təşkil edib.

Yenipress.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, hücum zamanı hədəf “Şahid” dronlarının istehsal edildiyi zavod olub.

Zavodun yerləşdiyi ərazi ilə Ukrayna sərhədi arasındakı məsafənin 1000 km olduğu bildirib.

Bundan başqa Tatarıstanın Nijnekamsk şəhərindəki TANECO zavodu da hücuma məruz qalıb.  

Qeyd edək ki, TANECO neft emalı və neft-kimya zavodları kompleksini özündə birləşdirən müəssisədir.

Xəbər xətti


Digər xəbərlər