Bizi torpağı qaytarmamağa Rusiya məcbur etdi

SİYASƏT bölməsi

16:22 - 1 Aprel 2024

 Bizi torpağı qaytarmamağa Rusiya məcbur etdi

Rusiya müharibəyə görə məsuliyyət daşıyır, o, bu regionda sülh istəmirdi. Moskva iki tərəfin mübarizəsindən razı qaldı və bu mübarizədən qazandı.

Yenipress. az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Qagik Melkonyan deyib.

“Düşünmürəm ki, Azərbaycan xalqı müharibə arzusundadır. Son sorğulara görə, azərbaycanlıların 78 faizi müharibənin əleyhinədir. Onlar sülh istəyir, biz də istəyirik. Ancaq burada fərqli bir sual var. 1994-cü ildə qalib gəldik və sülhə getmək imkanımız oldu, amma bunu etmədik. Buna razı olmadıq, çünki Rusiya sülh istəmirdi. Bunun ardınca üç həmsədrin görüşləri keçirildi, onlar ildə 15-20 dəfə Bakıya, İrəvana, Xankəndiyə gəlirdilər. 1997-1998-ci illərdə sülhün bağlanması üçün mərhələli və paket variantları təklif olunanda biz dərhal “bir qarış torpaq da verməyəcəyik” ideyasının tərəfdarı olduq. Bizi bir qarış torpağı da verməməyə təhrik edən kim idi? Təbii ki, Rusiya. O, bu məsələnin sülh yolu ilə həll olunmasını istəmirdi. Moskva Azərbaycanı silahlandırmağa başladı və milyardlarla dollarlıq silah satdı. Bakı digər ölkələrdən də müxtəlif təyinatlı silahlar aldı və getdikcə güclənməyə başladı. Yalnız bundan sonra sülhün imzalanması və 7 rayonun qaytarılmasına razılaşdıq, lakin Azərbaycan razılaşmadı. Kazandakı görüşdə Azərbaycan sülhə getmək istəmədi, çünki hərbi balans artıq pozulmuşdu”, - o bildirib.

Xəbər xətti