İranda siyasi məhbus edama məhkum edildi

DÜNYA bölməsi

11:55 - 1 Aprel 2024

 İranda siyasi məhbus edama məhkum edildi

Tehranın Qızılhisar həbsxanasında saxlanılan 64 yaşlı siyasi məhbus Şəhriyar Bayat edam cəzasına məhkum edilib.

Yenipress.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, Tehran əyalətinin Cəza Məhkəməsinin 13-cü şöbəsi Bayatı Peyğəmbər, Əli Xamenei və Ruhullah Xomeynini təhqir etməkdə günahlandırıb.

Hüquq müdafiəçiləri isə bildiriblər ki, Şəhriyar Bayat başqa bir neçə siyasi məhbusla birgə İranda hakimiyyət dəyişikliyi üçün referendum keçirilməsi tələbi ilə bəyanat yaydıqdan sonra edama məhkum edilib.

Qeyd edək ki, Ş.Bayat 25 oktyabr 2022-ci ildə etiraz aksiyası zamanı həbs edilib.

Xəbər xətti


Digər xəbərlər