Venesuela Argentina təyyarələrinə uçuş qadağası qoydu

DÜNYA bölməsi

10:19 - 12 Mart 2024

 Venesuela Argentina təyyarələrinə uçuş qadağası qoydu

Venesuelanın “Emtrasur” şirkətinə məxsus təyyarənin Buenos-Ayresdə müsadirə olunmasından sonra Venesuela hakimiyyəti Argentinada qeydiyyatdan keçmiş təyyarələrin öz əraziləri üzərində uçuşunu qadağan edib.

Yenipress.az xəbər verir ki, bu barədə “Clarin” qəzeti məlumat yayıb.

“Qərar ilk növbədə Meksika və ABŞ-a uçan “Aerol neas Argentinas” təyyarələrinə aid olub. Bundan əlavə, qadağa Argentinada qeydiyyatdan keçmiş şəxsi təyyarələrə də təsir edib. Argentina XİN-i Venesuela tərəfinə iki nota göndərib, həmçinin bir neçə həftə əvvəl Venesuelanın Buenos-Ayresdəki səfiri Stella Luqonu nazirliyə çağırıb”, - məlumatda deyilir.

Qeyd edək ki, 2022-ci ilin iyununda məhkəmə 5 İran və 14 Venesuela vətəndaşının daxil olduğu təyyarənin ekipajına ölkədən çıxmağı qadağan edib və “Emtrasur” təyyarəsi Buenos Ayresdən çıxa bilməyib.

Xəbər xətti