İsrail yenidən bu şəhəri hədəf aldı: 2 Hizbullah üzvü öldü

DÜNYA bölməsi

10:14 - 12 Mart 2024

 İsrail yenidən bu şəhəri hədəf aldı: 2 Hizbullah üzvü öldü

İsrail Livanın şimalında Bekaa vadisində yerləşən Baalbek şəhərinə zərbələr endirib. 

Yenipress.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“İsrail qırıcısı Dar əl-Aləm xəstəxanası yaxınlığında Hizbullahın istifadə etdiyi köhnə binalardan birini hədəf alıb”, - məlumatda bildirilib.

Məlumata əsasən, Qəzza müharibəsi başlayandan bəri ikinci dəfə hədəf alınan bu bölgəyə hücum nəticəsində 1 mülkü vətəndaş və 2 Hizbullah üzvü həlak olub.

Xəbər xətti