Urmiya gölünün son ekoloji vəziyyəti açıqlandı

DÜNYA bölməsi

15:44 - 7 Mart 2024

 Urmiya gölünün son ekoloji vəziyyəti açıqlandı

Bu il ilk dəfə olaraq Urmiya gölünün su payı verilib.

Yenipress.az xəbər verir ki, bunu İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Əli Səlaciqə Urmiya gölünün ekoloji vəziyyəti və mövsümi yağıntılardan sonra suyun miqdarı ilə bağlı son statistikanı açıqlayarkən deyib.

"İki bənddən gölə su buraxılması nəticəsində Urmiya gölündə suyun miqdarı 1.5 milyard kubmetrə çatıb",- o bildirib.

Qeyd edək ki, Urmiya gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.  Ancaq hazırda gölün sahəsi və su həcmi qeyd olunan normal ekoloji vəziyyətin 5 faizini təşkil edir.

Xəbər xətti