Husilər İsveç gəmisinə hücum etdi

DÜNYA bölməsi

11:40 - 5 Mart 2024

 Husilər İsveç gəmisinə hücum etdi

Husilər Liberiya bayrağı altında üzən İsveç konteyner gəmisinə 2 ədəd gəmi əleyhinə ballistik raket atıb.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, hücum zamanı raketlərdən biri gəmiyə dəyərək ziyan vurub. Ancaq xəsarət alan olmadığından gəmi kömək istəmədən yoluna davam edib.

Xəbər xətti