Ermənilərin 46%-i bu ölkədən hərbi-siyasi yardım gözləyir

DÜNYA bölməsi

20:31 - 4 Mart 2024

 Ermənilərin 46%-i bu ölkədən hərbi-siyasi yardım gözləyir

Ermənistanda keçirilən QALLUP İnternational sorğusunda iştirak edənlərin 46%-i Fransadan hərbi-siyasi yardım gözləyir.

Yenipress.az xəbər verir ki, bunu QALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan deyib.

Onun sözlərinə görə, 23,2% Hindistandan, 21,9% Rusiyadan, 15,9% İrandan, 13,7% ABŞ-dan, 4,9% Çindən kömək gözləyir.

Navasardyan bildirib ki, 8,5% respondet hərbi-siyasi yardım mənbəyi kimi digər ölkələrin adını çəkib, sorğu iştirakçılarının 14,5%-i isə belə bir ölkənin olmadığını bildirib. 5%-i isə cavab verməkdə çətinlik çəkib.

O qeyd edib ki, respondentlərin 55,1%-i yaxın gələcəkdə yeni müharibə təhlükəsini açıq şəkildə görür.

Xəbər xətti


Digər xəbərlər