Qırmızı dəniz böhranı ərzaq qiymətlərini bahalaşdıracaq - FAO

DÜNYA bölməsi

14:00 - 4 Mart 2024

 Qırmızı dəniz böhranı ərzaq qiymətlərini bahalaşdıracaq - FAO

Husilərin Bab əl-Məndəb boğazı və Qırmızı dəniz üzərindən su yollarının blokadası qlobal ərzaq ticarətinə zərbə vurur və qiymətlərin artmasına səbəb olur.

Yenipress.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Məlumata əsasən, dünyanın ən böyük gəmiçilik şirkətləri Qırmızı dəniz vasitəsilə mal çatdırmaqdan artıq imtina edir. Gəmilər “Ümid” burnu ətrafında  göndərilərək, dairəvi marşrutdan istifadə etməyə məcbur olur. Bu marşrut 8 min kilometr uzundur və 10-14 gün daha çox vaxt aparır. Əlavə yanacaq xərcləri orta hesabla 15% artırır. Bu isə ərzaq qiymətlərinin qalxmasına səbəb olur.

Xəbər xətti