Ermənistan sosial autizm vəziyyətindədir - Köçəryan

DÜNYA bölməsi

11:59 - 4 Mart 2024

 Ermənistan sosial autizm vəziyyətindədir - Köçəryan

Müharibədən sonrakı depressiya fonunda Ermənistan sosial autizm vəziyyətindədir. İnsanlar özlərinə qapalıdır, heç nə hiss etmək istəmir və hər şeyə inanırlar.

Yenipress.az xəbər verir ki, bu barədə erməni siyasi strateq Karen Köçəryan deyib.

Onun sözlərinə görə, son illərdə aparılan rəy sorğuları bu  sosial autizmin təzahürlərini açıq şəkildə nümayiş etdirir:

“Son üç il ərzində ictimai əhval-ruhiyyə və üstünlüklər ildırım sürəti ilə dəyişdi. Müharibədən dərhal sonra ictimai əhval-ruhiyyə Rusiyanın tərəfində idi, sonra antirusiya əhval-ruhiyyəsi gücləndi, bunun fonunda ABŞ-ın imici yüksəldi. Nə vaxtsa İran xilaskar sayılırdı, sonra, silah tədarükü ilə bağlı hesabatlar fonunda bu, ölkə Hindistan oldu, indi isə Fransa. Sabah kim olacaq? Bilinmir. İnkişaf etmiş cəmiyyətlər real siyasətin incəliklərini anlamağa çalışır, lakin Ermənistan ictimaiyyəti belə tendensiyaları izləməyə çalışmır. Regionumuzda üç güc var: Rusiya, İran və Türkiyə. Fransa təbii ki, Ermənistana və erməni xalqına qarşı həqiqətən müsbət münasibət bəsləyən dost ölkədir, lakin regionda təmsil olunmur. Eyni şey ABŞ-a da aiddir, ona görə də Qərbin regionda təmsilçiliyindən danışarkən məhz Türkiyəni nəzərə almaq lazımdır”.

Xəbər xətti