Finlandiya və İsveç NATO-nun hərbi təliminə qoşuldu

DÜNYA bölməsi

11:32 - 4 Mart 2024

 Finlandiya və İsveç NATO-nun hərbi təliminə qoşuldu

Finlandiya və İsveç Rusiya sərhədləri yaxınlığında NATO-nun “Nordic Response 2024” hərbi təlimlərində iştirak edəcək.

Yenipress.az xəbər verir ki, təlimlər martın 4-dən 15-dək Finlandiya, Norveç və İsveçin şimal bölgələrində keçiriləcək.

Təlimdə 20 mindən çox hərbçi iştirak edəcək.

Təlimlərə 50-dən çox gəmi, freqatlar və sualtı qayıqlar, o cümlədən 100-dən çox döyüş təyyarəsi, helikopter və digər təyyarələrin göndəriləcəyi gözlənilir.

Xəbər xətti


Digər xəbərlər