İrəvan KTMT-dən çıxmasını hüquqi cəhətdən rəsmiləşdirə bilər

DÜNYA bölməsi

10:21 - 4 Mart 2024

 İrəvan KTMT-dən çıxmasını hüquqi cəhətdən rəsmiləşdirə bilər

Ermənistan rəhbərliyi bundan sonra ölkənin KTMT-dən çıxmasını hüquqi cəhətdən rəsmiləşdirmək üçün addımlar ata bilər.

Yenipress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan deyib.

“Qarşılıqlı öhdəliklərlə bağlı KTMT-dən və ondan gözlənilən yardımdan yanlış gözləntilər formalaşıb. Lakin bu halda belə tərəflər İrəvanın KTMT-dən çıxmasına gətirib çıxaracaq vəziyyətə gələcək addımlar atmamalıdır. Ermənistan bu, addımlarını davam etdirməklə nəinki açıq şəkildə bəyan edilən qurumdan çıxa, həm də ümumilikdə Rusiya ilə münasibətləri xeyli pisləşdirə bilər. Bu, təbii ki, erməni xalqının kollektiv maraqlarına cavab vermir”, - o bildirib.

Xəbər xətti


Digər xəbərlər