Güneyli milli fəal zaminə buraxıldı

DÜNYA bölməsi

17:56 - 1 Mart 2024

 Güneyli milli fəal zaminə buraxıldı

Güneyli milli fəal Salar Tahir Əfşar fevralın 28-də istintaq prosesi başa çatana qədər zaminə buraxılıb.

Yenipress.az xəbər verir ki, bu haqda milli fəalın bacısı Sevda Tahir Əfşar xəbər verib. 

O bildirib ki, Tahir Əfşar 800 milyon tümən (32 min 417 dollar) girov qarşılığında müvəqqəti azad olunub.

Qeyd edək ki, Evin zindanının 209-cu bölməsində saxlanılan Salar Tahir Əfşar bu ilin fevralın 6-da Təbrizdə İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Xəbər xətti