İran səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı

DÜNYA bölməsi

15:30 - 1 Mart 2024

 İran səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı

İranın Berlindəki səfiri Mahmud Fərazəndə Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenipress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, İran səfirinə Almaniya vətəndaşı Nahid Təqəvinin həbsinə görə etiraz edilib, onun dərhal buraxılması istənilib.

Qeyd edək ki, Almaniya vətəndaşı olan Nahid Təqəvi İranda 2020-ci ilin oktyabr ayında həbs edilib. O, SEPAH təcridxanasında işgəncəyə məruz qalaraq, 220 gün təkadamlıq kamerada saxlanılıb.

Yanvarın 9-da elektron qandal vurularaq həbsdən azad edilən 69 yaşlı xanım fevralın 28-də yenidən Tehranın Evin həbsxanasına qaytarılıb.

Xəbər xətti