Şolts “Taurus”u buna görə Kiyevə vermir - Hoffman

DÜNYA bölməsi

13:21 - 1 Mart 2024

 Şolts “Taurus”u buna görə Kiyevə vermir - Hoffman

Almaniya kansleri Olaf Şoltsun Ukraynaya uzaqmənzilli “Taurus” qanadlı raketləri verməkdən imtina etməsi onun Kiyevə inamsızlığı ilə bağlıdır.

Yenipress.az xəbər verir ki, bunu Oslo Universitetinin eksperti Fabian Hoffman deyib.

“Tədarükdən imtina "Taurus" qanadlı raketlərinin texniki və istismar xüsusiyyətləri ilə izah edilə bilməz. Əsl problem kanslerin Ukraynaya inamsızlığıdır. Şolts qorxur ki, ukraynalılar “Taurus” raketlərini təkcə Ukrayna ərazisində deyil, həm də Rusiyadakı hədəflərə qarşı istifadə edəcəklər. Halbuki rəsmi Kiyev dəfələrlə bəyan edib ki, bu raketlərdən Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə edilməyəcək”, - Hoffman bildirib.

Xəbər xətti