Bakı buna görə Berlində görüşə razı oldu - İlqar Vəlizadə

GÜNDƏM bölməsi

15:16 - 29 Fevral 2024

 Bakı buna görə Berlində görüşə razı oldu - İlqar Vəlizadə

Əlbəttə ki, indidən görüşün nəticələri haqqında danışmaq çox tezdir. Əsas olan isə odur ki, tərəflər nikbin əhval-ruhiyyədir və masada müzakirə edilən konkret məsələlər var. Almaniyadan dünən verilən açıqlama da ümidverici idi.

Bu sözləri Yenipress.az-a Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Berlində keçirilən görüş barədə danışan siyasi şərhçi İlqar Vəlizadə deyib.

Siyasi şərhçi Fransa və Almaniyanın Azərbaycan ilə Ermənistan arasındakı danışıqlarda oynadığı rola diqqəti çəkib:

“Rəsmi Berlin və Parisin fəaliyyəti arasında fərq çox böyükdür. Yəni Almaniya moderator deyil, gündəliyi müəyyənləşdirmir, ancaq neytral mövqedə dayanaraq danışıqlar üçün meydança verib. Əlbəttə ki, danışıqlarda aparıcı rol üçün böyük dövlətlər arasında da rəqabət var. Bu təbiidir, ancaq Almaniya diplomatiyası fərqli formada fəaliyyət göstərir. Fransa isə tərəflərə təzyiq göstərməyə, Ermənistandan forpost kimi istifadə etməyə çalışır. Almaniya üçün Azərbaycan vacib tərəfdaşdır, təzyiq göstərməyə heç bir ehtiyac yoxdur, çünki rəsmi Bakı da sülh istəyir. Almaniya daha çox iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolu ilə Cənubi Qafqazda möhkəmlənmək istəyir. Ancaq yenə qeyd edirəm ki, Almaniya nə moderator, nə də vasitəçidir. Rəsmi Berlin danışıqlar üçün bir masa təklif edib. Azərbaycan dövləti də neytral mövqedə dayandığı üçün Almaniyanın təklifini qəbul edib”.

Qeyd edək ki, dünən Berlində Azərbaycan, Almaniya və Ermənistan XİN başçılarının ayrı-ayrılıqda və birgə görüşü keçirilib. Görüşlər bu gün də davam etdiriləcək.

Söhrab İsmayıl

Xəbər xətti


Digər xəbərlər