Fərid Səfərlinin anası İlham Əliyevə müraciət etdi

GÜNDƏM bölməsi

10:54 - 29 Fevral 2024

 Fərid Səfərlinin anası İlham Əliyevə müraciət etdi

İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova Prezident İlham Əliyevə və Birinci xanım, vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Yenipress.az xəbər verir ki, Dilarə Əsgərova müraciətində oğlunun vəziyyətinin yaxşı olmadığını bildirib.

“Cənab Prezident, qarşıdan tariximizin ən önəmli bayramı sayılan Novruz bayramı gəlir. Bu bayram hər bir azərbaycanlı ailəyə sevinc və hüzur gətirir. Düşünürəm ki, bir azərbaycanlı olaraq bizim də sevinmək haqqımız var. Mən keçən Novruz bayramını İranın Tehran, Qum şəhərlərində oğlumu axtararaq gözüyaşlı keçirdim. Görünən odur ki, bu bayramı da mən Fəridsiz, əzabla keçirəcəyəm. Amma mən bir ana olaraq bunu təsəvvür etmək istəmirəm”, - o qeyd edib.

D.Əsgərova dövlət başçısından Fəridin Azərbaycana gətirilməsinə köməklik etməsini xahiş edib:

“İnanıram ki, Siz mənim müraciətimə biganə qalmayacaqsınız!”

Qeyd edək ki, Fərid Səfərli İranda həbs edilərək, casusluqda ittiham edilib. İran məhkəməsi ona 2 il yarım həbs cəzası kəsib.

Xəbər xətti


Digər xəbərlər