İcra başçısı tanınmış aparıcı ilə evlənir - Bu gün toylarıdır

MAQAZİN bölməsi

09:31 - 28 Fevral 2024

 İcra başçısı tanınmış aparıcı ilə evlənir - Bu gün toylarıdır

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun toyudur.

Yenipress.az xəbər verir ki, icra başçısı aparıcı Alidə Mustafayeva ilə ailə həyatı qurur. Bir neçə gün əvvəl onların nikah mərasimi baş tutub.

Toy bu gün Bakıdakı restoranlardan birində keçiriləcək.

Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar.

Xəbər xətti