Cənubi Koreya Rusiya və Belarusa ixracı qadağan edilən siyahıya daxil olan mallara ixrac nəzarətini gücləndirəcək.
Yenipress.az xəbər verir ki, bu barədə “Yonxap” agentliyi məlumat yayıb.
Qeyd edək ki, ötən həftə Cənubi Koreya faktiki və ya potensial hərbi təyinatlı 682 məhsulu Rusiya və Belarusa çatdırılması qadağan edilən mallar siyahısına əlavə edib.