Rusiya Bakı-İrəvan arasında vasitəçi ola bilməz - İsgəndəryan

GÜNDƏM bölməsi

10:23 - 23 Fevral 2024

 Rusiya Bakı-İrəvan arasında vasitəçi ola bilməz - İsgəndəryan

Çoxları hesab edir ki, bir vaxtlar təhlükəsizliyimizi guya Rusiya təmin edib və indi bu təhlükəsizlik funksiyalarını yerinə yetirmək üçün başqasını seçməliyik.

Yenipress.az xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.

“Lakin bu, belə deyil. Rusiya ən azı 2016-cı ildən bu funksiyaları yerinə yetirməyib və indi də bunu etmək niyyətində deyil. Onlar başqa yerdə öz işləri ilə məşğuldurlar. Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısı olmayıb. Bu xəyali Rusiyanı başqası, o cümlədən Qərb dövlətləri əvəz edə bilərmi? Əlbəttə ki, yox. Gec-tez problemlərimizi özümüz həll etməli olacağıq, əks halda pis olacaq. Müttəfiq o demək deyil ki, hansısa başqa ölkə sizin milli maraqlarınızı özünün zərərinə müdafiə edəcək. Müttəfiq - hazırda maraqları ilə sizin maraqlarınız üst-üstə düşən ölkə və ya gücdür.

Dünya təcrübəsi göstərir ki, münaqişənin iki tərəfi razılığa gəlmək istəyib, amma razılığa gələ bilməyəndə onlara texniki vasitəçi lazımdır. Adətən bunun üçün regionda real marağı olmayan ölkələr seçilir. Məsələn, Rusiya dürüst broker ola bilməz, çünki o, bu regionda oyunçudur və həqiqətən neytral ola bilməz”, - o bildirib.

Fransız silahlarına gəldikdə, İsgəndəryan qeyd edib ki, onların əhəmiyyəti çox şişirdilib:

“Heç kim bu məsələnin dərinliyinə getmir. Deməzdim ki, bu, hər şeyi xilas edə biləcək fövqəltəbii miqdarda silahdır. Sadəcə olaraq, xüsusilə bu ölçüdə və istiqamətdə silahların tədarükü çətin ki, ciddi kömək etsin. Bunun üçün ciddi proqramlar, bu və ya digər silahdan yararlanmağa qadir olan müvafiq ordu lazımdır”, - o bildirib.

Xəbər xətti


Digər xəbərlər