Paşinyanın müavinindən Kamillə bağlı açıqlama: Tələsməyin...

GÜNDƏM bölməsi

17:14 - 22 Fevral 2024

 Paşinyanın müavinindən Kamillə bağlı açıqlama: Tələsməyin...

Əminəm ki, fəaliyyətlər olacaq, amma indi daha ətraflı danışmaq istəmirəm. Çünki buna baxmayaraq, bu məsələ ilə bağlı kollegial müzakirə də aparılmalıdır.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan Kamil Zeynallının Rusiyada saxlanması və sonradan azad edilməsini şərh edərkən deyib.

Rusiyaya etiraz notası olub-olmayacağı ilə bağlı suala isə o, belə cavab verib:

“Tələsməyək, rəsmi cavab olanda danışarıq”.

Qeyd edək ki, ötən gün K.Zeynallı Moskvadan qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılıb. Səbəb isə Ermənistanın CM-in 4 maddəsi ilə cinayət işi açması və onu beynəlxalq axtarışa verməsidir. Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə Zeynallı ötən gün günorta saatlarında azad edilib.

Xəbər xətti


Digər xəbərlər