Fransa Ermənistana yeni silah partiyası göndərəcək

GÜNDƏM bölməsi

14:44 - 22 Fevral 2024

 Fransa Ermənistana yeni silah partiyası göndərəcək

Bu gün Fransa Ermənistana yeni silah partiyası göndərəcək.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşri yazıb.

Nəşrin yazdığına görə, Fransanın Ground Master (GM200) radarları və gecəgörmə cihazları Ermənistana gətiriləcək.

Xatırladaq ki, ötən ilin oktyabr ayında iki ölkə hava hücumundan müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalayıb. Memorandumda 3 ədəd Ground Master radarının, həmçinin gecəgörmə cihazlarının alınması üçün müqavilələr əlavə edilib.

Həmin radarlar 250 km radiusda hava obyektlərinin tanınmasına imkan verir.

Anlaşmaya əsasən, Fransa Silahlı Qüvvələri üç mərhələdə Ermənistan Silahlı Qüvvələri üçün dağ şəraitində döyüş kursları keçirəcək.

Xəbər xətti


Digər xəbərlər