İrəvan Kamil Zeynallı ilə bağlı açıqlama yaydı

GÜNDƏM bölməsi

14:32 - 22 Fevral 2024

 İrəvan Kamil Zeynallı ilə bağlı açıqlama yaydı

Kamil Zeynallı Rusiyada saxlanmalı idi. Ermənistan ekstradisiya protokolunun tələb etdiyi sənədlər paketini hazırlayıb və Rusiya hüquq-mühafizə orqanlarına təhvil verəcək.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Zeynallı azadlığa buraxılsa da, xarici ölkələrə səfəri zamanı Ermənistan onun ekstradisiyası üçün lazımi tədbirləri davam etdirəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, ötən gün K.Zeynallı Moskvadan qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılıb. Səbəb isə Ermənistanın CM-in 4 maddəsi ilə cinayət işi açması və onu beynəlxalq axtarışa verməsidir. Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə Zeynallı ötən gün günorta saatlarında azad edilib.

Xəbər xətti


Digər xəbərlər