Kamil olayını niyə bu qədər şişirdirsiniz? - Vəkil

GÜNDƏM bölməsi

13:47 - 22 Fevral 2024

 Kamil olayını niyə bu qədər şişirdirsiniz? - Vəkil

Özünün dediyindən belə başa düşdüm ki, yalnız MDB ölkələrinə gedə bilməz. Dünyanın digər ölkələrinə aid deyil. Bu məsələnin həddən artıq şişirdilmiş olduğunu hesab edirəm.

Bu sözləri Yenipress.az-a vəkil Əkrəm Həsənov Kamil Zeynallının Rusiyada saxlanılması haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Kamilin tutulması anlaşılmazlıq idi:

“Kamili Ermənistana verməyəcəklərinə heç bir şübhəm yox idi. Bu, bir anlaşılmazlıq idi. Ona qarşı cinayət işi yoxdur. Onu heç həbs də etməyiblər, sadəcə, saxlamışdılar. Saxlama həbs etmək deyil. Həbs məhkəmənin qərarı ilə olur. Bu məsələdə şişirdilməli bir şey yoxdur. Əslində, bu, doğru da deyil. Çünki ermənilər və bizim vətəndaşlar sosial şəbəkələrdə bir-birinə qarşı müxtəlif sözlər yazırlar. İndi hamımız xaricə gedəndə bir-birimizi tutdurmalıyıq? Anlaşılan deyil ki, ermənilər niyə Kamili axtarışa verib? Bu, perspektivi olmayan məsələ idi. Kamil bəy üçün hər hansı təhlükəni görmürdüm və indi də görmürəm”.

Vüsalə İsgəndərova

Xəbər xətti


Digər xəbərlər