Qarabağdan köçənlər Ermənistandan da gedir

GÜNDƏM bölməsi

11:46 - 12 Fevral 2024

 Qarabağdan köçənlər Ermənistandan da gedir

Qarabağdan köçmüş ermənilər üçün İrəvan hökuməti müxtəlif yardım proqramları elan edib. Lakin bu paketlər tam olaraq əlçatan deyil.

Yenipress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, müxalif siyasətçi Tiqran Abramyan deyib.

“Müxtəlif səbəblərdən Qarabağ ermənilərinin bəziləri bu proqramlardan yararlana bilmir, pasportlarla bağlı məsələləri həll etmək üçün isə çətin proseslərdən keçməli olurlar. Onların ən böyük problemlərindən biri də iş məsələsidir. İnsanlar dövlətə arxalanmağa davam etmək istəmir və onlara işləmək imkanı verilməlidir. Başqa bir problem vətəndaşlıqla bağlı məsələdir ki, ərizə verəndən sonra belə vətəndaşlıq almaq uzun müddət davam edir. Obyektiv baxımdan çətin nizamlanma məsələləri var, lakin bir çox problemi qısa müddətdə həll etmək olar. Ancaq bunun üçün hakimiyyətə siyasi iradə lazımdır ki, bu da onlarda yoxdur. Bu gün bir çox Qarabağ sakinini Ermənistanı tərk etməyə sövq edən çoxlu problem var”, - o bildirib.

Xəbər xətti