Yuxunuz pozulursa, bu qaydalara əməl edin - Çerkasova

SAĞLIQ bölməsi

15:04 - 3 Fevral 2024

 Yuxunuz pozulursa, bu qaydalara əməl edin - Çerkasova

Yuxusuzluq hallarının 90%-dən çoxu stress və həyat tərzinin pozulması ilə bağlıdır.

Yenipress.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi və somnoloq Sofiya Çerkasova yuxu pozğunluğunun ən çox yayılmış səbəbləri haqqında danışarkən deyib.

S.Çerkasova bildirib ki, yuxuya mənfi təsir göstərə biləcək bir neçə amil var:

“Nizamsız yuxu rejimi, həddindən artıq kofein istehlakı və fiziki fəaliyyətin olmaması, gecə gec saatlarda smartfonlardan tez-tez istifadəsi və parlaq mavi ağ işıqlar yuxuya getməyi çətinləşdirir”.

Onun sözlərinə görə, yuxusuzluğa həyat tərzi ilə bağlı problemlərlə yanaşı, hormonal balanssızlıq və müəyyən dərmanların istifadəsi təsir edə bilər:

“Yatmazdan 8 saat əvvəl kofeindən imtina etməlisiniz. Bundan əlavə, mütəmadi olaraq idman etməli və yuxu rejiminə ciddi riayət etməlisiniz. Ancaq buna baxmayaraq yuxu problemi üç-dörd həftə ərzində yox olmazsa, mütəxəssislə məsləhətləşmək lazımdır”.

Xəbər xətti