Ermənistan hakimiyyəti yeni antirusiya kampaniyası başladıb 

SİYASƏT bölməsi

10:40 - 17 Yanvar 2024

 Ermənistan hakimiyyəti yeni antirusiya kampaniyası başladıb 

Paşinyan başda olmaqla mövcud rejimin nümayəndələri Rusiyaya qarşı yeni təbliğat kampaniyasına başlayıblar.

Yenipress.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

“Paşinyan həftəsonu partiya üzvləri ilə görüşündə antirusiya kampaniyasının yeni mərhələsinə başlayıb. O, ad çəkmədən mümkün müharibənin bütün məsuliyyətini və günahını üçüncü ölkənin üzərinə atmağa çalışıb. Aydındır ki, Paşinyan Rusiyanı nəzərdə tuturdu. Nikol bildirib ki, Ermənistan və Azərbaycandan kənarda sülhün bərqərar olmasına mane olan qüvvələr var. Daha sonra parlamentin spikeri Alen Simonyan davam edərək regionda sülhə kimin mane olduğunu açıqlayıb. O qeyd edib: “Sülh müqaviləsinə gəlincə, Azərbaycan və Ermənistan üzərində təsir rıçaqlarına sahib olmaq istəyən tərəflər təbii ki, hər iki ölkəyə təsir imkanlarını təmin etmək üçün heç olmasa yaxşı vasitəçi olmaq istərdilər”. Hakim partiyanın sədr müavini Gevorq Papoyan isə jurnalistlərlə keçirdiyi brifinqdə deyib ki, Zəngəzurda nəyəsə nəzarət etmək Rusiyanın istəklərindən biridir. Rusların Zəngəzurda gəlib nəyisə idarə etməsinin mənası yoxdur, bu arzudur. Ola bilsin ki, həm də antirusiya kampaniyası çərçivəsində İrəvan meriyası yanvarın 21-də Aleksey Navalnının tərəfdarının İrəvanda Putin əleyhinə mitinq keçirməsinə icazə versin”, - məlumatda deyilir.

Xəbər xətti