Flipp Kirkorovdan 2 milyon tələb olunur

MAQAZİN bölməsi

10:29 - 10 Yanvar 2024

 Flipp Kirkorovdan 2 milyon tələb olunur

Rusiyanın müəllif hüquqları şirkəti Kirkorova qarşı 2 milyon rubl məbləğində iddia qaldırıb.

Yenipress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya Müəllif Hüquqları şirkəti rusiyalı müğənni Filipp Kirkorovu məhkəməyə verib. Onun təşkilata məxsus bədii əsərlərdən istifadə etdiyinə görə 2 milyon rubl məbləğində cəza alacağı iddia olunur.

Moskva Arbitraj Məhkəməsindən verilən məlumata əsasən, iş üzrə məhkəmə iclasının dəqiq vaxtı müəyyən edilməyib.

Qeyd edək ki, teleaparıcı Anastasiya İvleyevayanın qalmaqallı “Çılpaq gecə”sində iştirak edənlər arasında F.Kirkorov da olub. Rəsmi səviyyədə onun xalq artisti titulundan məhrum edilməsi təklifi səsləndirilirdi.

Xəbər xətti