Türk ölkəsini işğal təşəbbüsü – Səfir XİN-ə çağırıldı

DÜNYA bölməsi

23:03 - 21 Dekabr 2023

 Türk ölkəsini işğal təşəbbüsü – Səfir XİN-ə çağırıldı

Rusiyanın səfiri Oleq Malginov Özbəkistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenipress.az xəbər verir ki, bununla bağlı Özbəkistan XİN məlumat yayıb.

Buna səbəb rusiyalı siyasətçi, “Ədalətli Rusiya” partiyasının həmsədri, yazıçı, Ukrayna müharibəsi iştirakçısı Zaxar Prilepin keçmiş SSRİ ərazilərinin Rusiyaya birləşdirilməsini və onların sakinlərinə rus dilinin öyrədilməsini təklif etməsi, bu kontekstdə xüsusilə Özbəkistanı misal gətirməsi olub.

Qeyd olunur ki, görüş zamanı Rusiya nümayəndəsinə Özbəkistanın bəyanatı dərin narahatlıq hissi ilə qəbul etdiyi barədə prinsipial məlumat verilib.

“Bu cür bəyanatlar Rusiya mediasında geniş yayılsa da, məqsədyönlü şəkildə təxribat xarakterlidir və xalqlarımız arasında yaranmış tarixən dostluq münasibətlərinə mənfi təsir göstərə bilər”, - deyə məlumatda bildirilir.

Öz növbəsində Oleq Malginov deyib ki, Zaxar Prilepinin bəyanatlarının dost və müstəqil Özbəkistanla bağlı Rusiya rəhbərliyinin rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur:

“Rusiyada Özbəkistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü heç vaxt şübhə altına alınmayıb”.

Xəbər xətti