Asya reanimasiyaya yerləşdirildi

MAQAZİN bölməsi

18:59 - 16 Dekabr 2023

 Asya reanimasiyaya yerləşdirildi

İnfluenser Asya Aslanovanın (Asyafuad) səhhətində problem yaranıb. 

Yenipress.az OLAY-a istinadən xəbər verir ki, blogerin sedasiya üsulu ilə diş çəkimi zamanı vəziyyəti ağırlaşıb. Məlumata görə, onun dişindən infeksiya keçib.

Asyanın reanimasiyaya yerləşdirildiyi deyilib. 

Məlumatı influenser Aysel Şükür təsdiqləyib. O, Asyanı ziyarət etmək üçün xəstəxanaya getdiklərini deyib.

Asya özü instaqramda videolar paylaşaraq ağıl dişini çəkdirəcəyini, amma qorxduğu üçün sedasiya üsulu edəcəklərini bildirib.

Xəbər xətti


Digər xəbərlər