Lukaşenkonun azərbaycanpərəst təbliğatı... - Zakaryan

DÜNYA bölməsi

13:59 - 15 Dekabr 2023

 Lukaşenkonun azərbaycanpərəst təbliğatı... - Zakaryan

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə çox isti münasibətləri çoxlarına məlumdur. Lukaşenkonun Əliyev naminə Sərkisyanı Qarabağın təhlükəsizlik zonasını 5 milyard dollara (zəmanətsiz və əvəzində heç nə almadan) “satmağa” inandırmağa çalışması da çoxlarına bəllidir.

Yenipress.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan Lukaşenkonun “bir vaxtlar Sərkisyan 5 milyard dollarlıq sövdələşməyə razılaşsaydı, müharibə olmayacaqdı və Qarabağ məsələsi belə bitməyəcəkdi” sözlərini şərh edərkən deyib.

“Eyni zamanda, zəif Paşinyanı cinayətkar günahlardan təmizləmək və günahı Ermənistanın əvvəlki hakimiyyətinin üzərinə yıxmağın Əliyev və onunla isti münasibətdə olan bir çox insanlar üçün faydalı olması da çoxlarına məlumdur. Amma Lukaşenkonun Qarabağın məsələsində Rusiya, ABŞ və Fransanın həmsədrliyini əvəz edərək ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərməsi müstəsna xəbər idi. Qarabağ üzrə danışıqlar prosesində Azərbaycandan fərqli olaraq Ermənistanın sözügedən qrupunun həmsədrliyi ilə heç bir prinsipial ziddiyyəti olmayıb. Hər şey kompromis qavrayış üzərində qurulmuşdu. Lukaşenko bu sadə həqiqətləri bilmirdimi? Onun dünənki açıqlamasını bu kontekstdə necə izah etmək olar - azərbaycanpərəst təbliğat, yoxsa nikolyönlü təşviqat?”, -  o bildirib.

Xəbər xətti