Güneydə kino sənəti məhv edilib – Xudabəndə

MAQAZİN bölməsi

15:18 - 12 Dekabr 2023

 Güneydə kino sənəti məhv edilib – Xudabəndə

Hökumət və yerli idarələr Şərqi Azərbaycanda kino sənətinin dirçəldilməsi ilə bağlı heç bir iş görmürlər.

Yenipress.az “Azərəncümən”ə istinadla xəbər verir ki, bunu güneyli rejissor Möhsün Xudabəndə deyib.

O, Şərqi Azərbaycan Kinematoqrafçılar Birliyinin tam fəaliyyətsiz olduğunu, sənət adamlarının fəaliyyəti üçün heç bir stimullaşdırıcı addımların atılmadığını deyib:

“Toy mərasimlərindən film çəkənlər rejissor və kinematoqrafçı kimi qələmə verilir, bu sahənin mütəxəssisləri isə gözardı edilir”.

Qeyd edək ki, Möhsün Xudabəndə bundan əvvəl ABŞ-ın "Liftap" film festivalında ən yaxşı rejissorlardan biri seçilib.

Xəbər xətti


Digər xəbərlər