Şahruddin Məhəmmədəliyev: Xəyal qurma, çalış!

İDMAN bölməsi

10:11 - 3 Noyabr 2023

 Şahruddin Məhəmmədəliyev: Xəyal qurma, çalış!

Azərbaycan millisinin və Türkiyənin "Adana Dəmirspor" klubunun futbolçusu Şahruddin Məhəmmədəliyev İnstaqram hesabında paylaşım edib.

Yenipress.az xəbər verir ki, 29 yaşlı qolkiper məşqdən görüntülərini yayımlayıb.

Məhəmmədəliyev postda "Xəyal qurma, çalış" yazıb.

Qeyd edək ki, qapıçı Adana təmsilçisinin heyətində Superliqada bir qarşılaşmada meydanda olub. O, V turda "Kasımpaşa"ya 1:2 hesabı ilə uduzduqları matçda digər qolkiper Ertaç Özbir birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğu üçün oyuna daxil olub.

Xəbər xətti