Azərbaycanda müğənni öldürüldü - Foto

KRİMİNAL bölməsi

11:03 - 2 Noyabr 2023

 Azərbaycanda müğənni öldürüldü - Foto

Gəncədə qardaş bacısını qətlə yetirib.

Yenipress.az xəbər verir ki, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hüseyn Abbasov şəxsi münasibətlər zəminində bacısı, 1989-cu il təvəllüdlü Səbinə Abbasovaya çoxsaylı xəsarətlər yetirib və o, xəstəxanaya aparılarkən, ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılaraq, istintaqa təhvil verilib.

Əldə etdiyimiz məlumata görə, Səbinə Abbasova müğənni olub və onun azyaşlı övladı var.

Digər məlumata görə, qətli törədən qardaşı - Hüseyn Abbasov illər əvvəl anasını da öldürüb. O, buna görə 15 il məhkumluq həyatı yaşayıb və 7 ay əvvəl azadlığa çıxıb.

Xəbər xətti