Gəncədə qardaş bacısını qətlə yetirib.
Yenipress.az xəbər verir ki, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hüseyn Abbasov şəxsi münasibətlər zəminində bacısı, 1989-cu il təvəllüdlü Səbinə Abbasovaya çoxsaylı xəsarətlər yetirib və o, xəstəxanaya aparılarkən, ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılaraq, istintaqa təhvil verilib.
Əldə etdiyimiz məlumata görə, Səbinə Abbasova müğənni olub və onun azyaşlı övladı var.
Digər məlumata görə, qətli törədən qardaşı - Hüseyn Abbasov illər əvvəl anasını da öldürüb. O, buna görə 15 il məhkumluq həyatı yaşayıb və 7 ay əvvəl azadlığa çıxıb.